“AzInTelecom” 4 milyon manatlıq avadanlıq, lisenziya və texniki dəstək alır

“AzInTelecom” 4 milyon manatlıq avadanlıq, lisenziya və texniki dəstək alır Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC "Hökumət buludu layihəsi" çərçivəsində informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İKT
12 Avqust , 2022 15:57
“AzInTelecom” 4 milyon manatlıq avadanlıq, lisenziya və texniki dəstək alır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC "Hökumət buludu layihəsi" çərçivəsində informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların (1), eləcə də şəbəkə təhlükəsizliyinin mərkəzi idarəetmə proqram təminatına 3 illik texniki dəstək xidmətinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Sinam" və "Farah İnnovations" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,918 milyon manat və 1,801 milyon manat, ümumilikdə isə 3,719 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi