"Azİntelecom" keçirdiyi tenderin müddətini uzadıb

"Azİntelecom" keçirdiyi tenderin müddətini uzadıb Tenderin vaxtı martın 15-dən aprelin 3-dək artırılıb
İKT
16 Mart , 2017 20:06
Azİntelecom keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 16 mart. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Tüxnologiyalar Nazirliyi “Azİntelecom” MMC fevralın 23-də elan etdiyi açıq tenderin müddətini artırıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 3 lot üzrə - dəftərxana ləvazimatları (lot-1), təsərrüfat və elektrik malları (lot-2), təmizlik vasitələrinin (lot-3) satın alınması məqsədilə keçirilir.

Tenderin baş tutması üçün sənədlərin qəbul edilmə vaxtı martın 15-dən aprelin 3-dək, təkliflərin tədqim olunma müddəti isə aprelin 7-dək uzadılıb.

Tender təkliflərinin açılışı aprelin 12-də “Azİntelecom”da (Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi,74) baş tutacaq.

Son xəbərlər

Orphus sistemi