"AzİnTelecom" avadanlığın alınması üçün tender keçirir

"AzİnTelecom" avadanlığın alınması üçün tender keçirir İddiaçılar tender təkliflərini fevralın 23-dək təqdim etməlidir
İKT
11 Yanvar , 2017 10:11
AzİnTelecom avadanlığın alınması üçün tender keçirir

Bakı. 11 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzİnTelecom” MMC “Telekommunikasiya cihazlarının tezlik və hissiyatını ölçən səyyar laboratoriya” avadanlığının satın alınması üçün açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqı ödəməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 17-si saat 17:00-a, tender təklifi və bank zəmanətini isə fevralın 23-ü saat 17:00-a qədər “AzİnTelecom”a (Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi,74) təqdim etməlidir.

İddiaçıların təklifləri fevralın 28-i saat 15:00-da “AzİnTelecom”un baş ofisində açılacaq.

Son xəbərlər

Orphus sistemi