"Azerspace-1" peyki siğortalanır

"Azerspace-1" peyki siğortalanır Milli peykin məsuliyyət sığortasının satın alınması üzrə müqavilənin ümumi dəyəri 47,5 min dollar təşkil edir
İKT
17 Mart , 2015 14:51
Azerspace-1 peyki siğortalanır

Bakı. 17 mart. REPORT.AZ/ “Azərkosmos” ASC “Altitude Risk Partners” şirkəti (Böyük Britaniya) ilə müqavilə imzalayıb.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, müqavilə “Azerspace-1” peyki üçün birillik məsuliyyət sığortasının satın alınmasını nəzərdə tutur.

Milli peykin məsuliyyət sığortasının satın alınması üzrə müqavilənin ümumi dəyəri 47,5 min dollar təşkil edir.

Qeyd edək ki, "Altitude Risk Partners" şirkəti 2014-cü ildə təsis olunub və "Castel Underwriting Agencies Ltd." (Castel) şirkətinin törəmə qurumudur. Baş ofisi Londonda yerləşən şirkət aviasiya və kosmos sahəsində sığorta xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi