Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Telefon Rabitə” MMC-yə məxsus “Azərrabitəlayihə” MMC ötən il 358 min manat gəlir əldə edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bunun hamısı əməliyyat gəlirləridir.
Hesabat dövründə qurumun xərcləri isə 661 min manat, o cümlədən işçi heyəti üzrə xərcləri 523 min manat, amortizasiya xərcləri 14 min manat, sair əməliyyat xərcləri isə 125 min manat təşkil edib.