“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb.
İKT
25278
1 Oktyabr , 2020 17:12
“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, Fonda köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Bu ödənişlərin ləğv imkanı isə yoxdur.

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur. 

Son xəbərlər

Orphus sistemi