“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır

“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyətə başlamağa hazırlaşır.
İKT
407
19 Noyabr , 2020 11:00
“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır
0 : 00
0 : 00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyətə başlamağa hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Emil Əfəndiyev məlumat verib.

“Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam poçt mübadiləsi həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi