“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib

“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC bu aydan bəzi maliyyə xidmətlərində dəyişiklik edib.
İKT
110
2 Dekabr , 2021 09:19
“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC bu aydan bəzi maliyyə xidmətlərində dəyişiklik edib.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Poçt haqqında” qanunun 9.4-cü maddəsinə müvafiq olaraq “Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tariflərini poçt rabitəsi operatorları sərbəst şəkildə müəyyən edir.

Yeni qərara əsasən, artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir. Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.

“Azərpoçt”un tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.

Son xəbərlər

Orphus sistemi