“Azərkosmos”un iyunda gəlirləri 4% azalıb

“Azərkosmos”un iyunda gəlirləri 4% azalıb “Azərkosmos”un iyunda gəlirləri 4% azalıb
İKT
30 İyul , 2020 15:02
“Azərkosmos”un iyunda gəlirləri 4% azalıb

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC 27 ölkəyə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.

Məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Ötən ay isə səhmdar cəmiyyəti 20 ölkəyə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin iyun ayı ilə müqayisədə ölkələrin sayı 2 vahid artsa da, göstərilmiş xidmətin dəyəri 0,1 milyon ABŞ dolları və yaxud 4% azalıb.

“Azərkosmos”un yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ olub. 

Son xəbərlər

Orphus sistemi