"Azərkosmos"un ixrac gəlirləri 1%-dən çox artıb

"Azərkosmos"un ixrac gəlirləri 1%-dən çox artıb Bu ilin yanvar-fevral aylarında qurum 23 ölkəyə 8,5 milyon dollarlıq xidmət ixrac edib
İKT
31 Mart , 2021 10:44
Azərkosmosun ixrac gəlirləri 1%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC 23 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “Azərkosmos”un ixrac gəlirləri 0,1 mln dollar yaxud 1,2% artıb.

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Qurumun xidmətlərinin əsas idxalçıları Böyük Britaniya, Fransa, ABŞ, BƏƏ və Pakistandır.

Son xəbərlər

Orphus sistemi