Bakı. 11 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC Naxçıvan MR-da yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançası və onunla əlaqədar digər obyektlərin tikintisi, eləcə də yenidənqurma işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 170 manatdır.
Tender təklifi (bank zəmanəti ilə birgə) 25 may saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi,72, V mərtəbə) təqdim edilməlidir. Tender proseduru 26 may saat 11:00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos”a (e-poçt: [email protected]; (+994) 12 565 00 55) müraciət etmək olar.