"Azərkosmos" may ayında xidmət ixrac etdiyi ölkələrin sayını 38% artırıb

"Azərkosmos" may ayında xidmət ixrac etdiyi ölkələrin sayını 38% artırıb Bu ilin yanvar-may aylarıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərkosmos” ASC 29 ölkəyə 19,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
1 İyul , 2021 10:27
Azərkosmos may ayında xidmət ixrac etdiyi ölkələrin sayını 38% artırıb

Bu ilin yanvar-may aylarıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərkosmos” ASC 29 ölkəyə 19,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 3 ölkə (11,5% çox) və 0,3 milyon dollar (1,6%) çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

2021-ci ilin may ayında isə “Azərkosmos” 22 ölkəyə 2,5 milyon dollar dəyərində xidmət ixrac edib ki, bu da illik müqayisədə müvafiq olaraq 6 ölkə (37,5%) və 0,1 milyon dollar (4,2%) çoxdur.

Son xəbərlər

Orphus sistemi