"Azərkosmos"un ixrac gəlirlərini 38 % azalıb

"Azərkosmos"un ixrac gəlirlərini 38 % azalıb Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 33 ölkəyə 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
1 İyul , 2022 11:54
Azərkosmosun ixrac gəlirlərini 38 % azalıb

Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 33 ölkəyə 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 3 ölkə çox və 6,5 milyon ABŞ dolları (37,7% ) azdır. 

5 ay ərzində "Azərkosmos" ən çox Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Fransa (2,2 milyon ABŞ dolları), ABŞ (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları) və Pakistana (0,6 milyon ABŞ dolları) xidmət satıb.

Kosmik Agentliyin xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 87 %-ni təşkil edib ki, bu da illik müqayisədə 3 faiz bəndi azdır.

2022-ci ilin may ayında isə “Azərkosmos” 31 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 2021-ci ilin may ayı ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 0,2 milyon ABŞ dolları (8 %) azdır.

Son xəbərlər

Orphus sistemi