"Azərkosmos”un ixrac gəlirləri cüzi artıb

"Azərkosmos”un ixrac gəlirləri cüzi artıb Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 27 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
İKT
31 May , 2021 14:30
Azərkosmos”un ixrac gəlirləri cüzi artıb

Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 27 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çox dəyərdə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, səhmdar cəmiyyətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 91%-ni təşkil edib.

4 ay ərzində “Azərkosmos”un xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon dollar), Malayziya (3,6 milyon dollar), Böyük Britaniya (3,3 milyon dollar), Fransa (2,8 milyon dollar) və BƏƏ (579 min dollar) qərarlaşıb.

Təkcə aprel ayında isə “Azərkosmos” 26 ölkəyə 6,3 milyon dollarlıq xidmət ixrac edib.

Son xəbərlər

Orphus sistemi