“
Bu barədə "Report"a “Azərkosmos”dan bildirilib.
Müqaviləyə əsasən “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.
2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.