“Azərkosmos” gücləndirilmiş iş rejimində işləyəcək

“Azərkosmos” gücləndirilmiş iş rejimində işləyəcək Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının mənfi təsirini minimallaşdırmaq məqsədi ilə “Azərkosmos”da peyk əməliyyatlarının fasiləsizliyi və təhlükəsizliyi tam təmin olunur və gücləndirilmiş iş rejimi davam edir.
İKT
3 Aprel , 2020 14:51
“Azərkosmos” gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının mənfi təsirini minimallaşdırmaq məqsədi ilə “Azərkosmos”da peyk əməliyyatlarının fasiləsizliyi və təhlükəsizliyi tam təmin olunur və gücləndirilmiş iş rejimi davam edir. 

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus təhlükəsi aradan qalxana qədər hər üç peykimizi idarə edən peyk mütəxəssislərimiz izolyasiya olunmuş iş mühitində fiziki məsafəni saxlayaraq fəaliyyətlərini davam etdirirlər.

"Texniki heyətimiz – peyk operatoru və mühəndislərimiz aralarında mümkün olacaq təması minimallaşdırmaq məqsədilə iki komandaya bölünüb.

Birinci komanda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, ikinci komanda isə “Azərkosmos”un digər ofisində təşkil olunmuş Peyklərin Ehtiyat və Fövqəladə Əməliyyatlarının İdarəolunması Mərkəzində yerləşir. Tez bir zamanda quraşdırılmış ikinci Bakı mərkəzi müstəqil şəkildə peykləri və onların yerüstü sistemlərini idarə etmək və onlara nəzarət etmək funksianallığına malikdir",-deyə açıqlamada bildirilir.

Bundan əlavə “Azərkosmos”un fövqəladə hallar üçün nəzərdə tutulmuş, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi də mövcuddur.

Qeyd edək ki, “Azərkosmos”un bütün ofisləri və iş otaqları mütəmadi olaraq dezinfeksiya olunur və əməkdaşlar lazımi qoruyucu vasitələrlə tam təmin olunublar.

Koronavirusa qalib gəlməyimiz üçün insanlarla sıx təmasdan çəkinək, bir-birimiz arasında məsafə saxlayaq, zərurət yaranmadıqca çölə çıxmayaq, evdə qalaq!

Son xəbərlər

Orphus sistemi