“Azərkosmos” gələn il büdcədən 27 milyon manat alacaq

“Azərkosmos” gələn il büdcədən 27 milyon manat alacaq 2021-ci ildə dövlət büdcəsində “Azərkosmos” ASC üçün 27,3 milyon manat vəsait nəzərdə tutulub.
İKT
297
21 Dekabr , 2020 15:10
“Azərkosmos” gələn il büdcədən 27 milyon manat alacaq

2021-ci ildə dövlət büdcəsində “Azərkosmos” ASC üçün 27,3 milyon manat vəsait nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.

Bundan başqa, sənədə əsasən, “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq xidmət xərclərinin örtülməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün gələn il büdcədən 19 milyon manat vəsait ayrılacaq.

2021-ci ilin dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri isə 1 milyon manat təşkil edəcək.

Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsində 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi