"Azərkosmos": “Dünya kosmik agentliklərinin nümayəndələri Azərbaycana gələcək”

"Azərkosmos": “Dünya kosmik agentliklərinin nümayəndələri Azərbaycana gələcək” Gələn il keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya dünya kosmik agentliklərinin bu sahədə böyük uğurlara imza atmış nümayəndələrinin gəlməsi gözlənilir.
İKT
6 Dekabr , 2022 10:44
Azərkosmos: “Dünya kosmik agentliklərinin nümayəndələri Azərbaycana gələcək”

"Gələn il keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya dünya kosmik agentliklərinin bu sahədə böyük uğurlara imza atmış nümayəndələri gələcək".

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində dünyanın aparıcı kosmik agentliklərinin nümayəndə heyətləri çoxsaylı stendlər quracaq.

O bildirib ki, logistika dəstəyi və bu stendlərin quraşdırılması ilə bağlı digər məsələlərlə bağlı ölkəmizdə akkreditə olunmuş səfirliklərin köməyinə ehtiyac ola bilər.

Xatırladaq ki, 2023-cü il oktyabrın 2-dən 6-dək Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Tədbirdə 6 minə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi