"Azərkosmos" 2 ayda 8 milyon dollarlıq xidmət ixrac edib

"Azərkosmos" 2 ayda 8 milyon dollarlıq xidmət ixrac edib Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC 22 xarici ölkəyə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.
İKT
2 Aprel , 2020 11:05
Azərkosmos 2 ayda 8 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC 22 xarici ölkəyə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, 2 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Böyük Britaniya, Fransa, BƏƏ və Almaniya idxal edib. 

Son xəbərlər

Orphus sistemi