"Azercell" yeni tarif paketini istifadəyə verib

"Azercell" yeni tarif paketini istifadəyə verib Tarifə qoşulan abunəçilər şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün cəmi 6 qəpik ödəyəcəklər
İKT
3 İyun , 2015 18:34
Azercell yeni tarif paketini istifadəyə verib

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gündən etibarən "Azercell" fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni “Azercellim” tarifini təqdim edir. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. “Azercellim”də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdir.

Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda, iyunun 3-dən etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni “Azercellim” tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinə preaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternet üçün 30 gün ərzində istifadə oluna bilər.

Xidmətin adı Ölçü vahidi Xidmətin haqqı (ƏDV daxil, AZN ilə)
Şəbəkədaxili zəng Hər bir dəqiqə 0,04
Şəbəkəxarici zəng Hər bir dəqiqə 0,06
SMS Hər bir ədəd 0,03
Mobil İnternet Hər bir MB 0,20
MMS Hər bir ədəd 0,10

Son xəbərlər

Orphus sistemi