"Azercell" şirkəti "Gənc ol" tarifində 50%-dək endirim təklif edir

"Azercell" şirkəti "Gənc ol" tarifində 50%-dək endirim təklif edir "Gənc ol" abunəçilərinə daha çox sayda ticarət obyektlərində 50%-ə qədər endirim və müxtəlif kampaniyalardan yararlanmaq imkanı verilir
İKT
19 Noyabr , 2015 13:34
Azercell şirkəti Gənc ol tarifində 50%-dək endirim təklif edir

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azercell" şirkəti "Gənc ol" layihəsinin tərəfdaşlarının siyahısını genişləndirib. Şirkətdən "Report"a daxil olan xəbərə görə, indi "Gənc ol" tarifi abunəçiləri 18 məkanda sərfəli endirimdən istifadə imkanı əldə ediblər: 

Adı Endirimnövü
"Baku Mall" Əyləncə hissəsində 50%, restoranlarda 20%
"Sabina Perfumery & Cosmetics" 15% endirim
"Sultanahmet Köftecisi" restoranı 20% endirim
"LTB Jeans" 20% endirim
"Cinnabon & Schlotzsky" 20% endirim
UBER alternativ nəqliyyat xidməti  20% endirim
"Adidas" (Nizami küç.,66) 10% endirim
"Pit-Stop" restoranı 20% endirim
"LaVita" restoranı 20% endirim
"Astral" qorxu labirinti 40% endirim
"Dost Taxi" İlk gedişə 33%, növbəti gedişlərə 11%
"Baku Karting" 20% endirim
"Kunefe Evi" restoranı 40% endirim (1 künefe və bir çay dəsti alana 1 künefe hədiyyə)
"Casual Brasserie" restoranı Desert və çay hədiyyə
"Park Cinema" kinoteatrları 1 bilet alana 2-cisi hədiyyə
"28 Cinema"  kinoteatrları 1 bilet alana 2-cisi hədiyyə
"Kaspi" Tədris Mərkəzi 20% endirim ("Kaspi Magistr" və "Kaspi Global")
"İstiqlal"   Tədris Mərkəzi 50% endirim

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərə və ya www.gencol.az portalına daxil olub, orada qeydiyyatdan keçməlidir. Qeyd edək ki, bütün "Azercell" abunəçiləri "Gənc ol" portalına mobil telefon üzərindən pulsuz daxil ola bilər.

"Azercell"in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidir. "Gənc ol" tarif paketinə qoşulmaqla, abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirim və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 manat ödəyib "Gənc ol 5" tarif paketinə qoşulmaqla hər kəs "Gənc ol" abunəçiləri arasında hər ay 2 GB internet, 200 dəqiqə, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra "Gənc ol" abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünəçilərlə ölkədaxili 5 qəpiyə danışacaqlar. "Gənc ol 8" paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Son xəbərlər

Orphus sistemi