"Azercell" şirkəti yeni güzəşt kampaniyası keçirir

"Azercell" şirkəti yeni güzəşt kampaniyası keçirir Kampaniya dekabrın 20-dək davam edəcək
İKT
3 Dekabr , 2015 17:45
Azercell şirkəti yeni güzəşt kampaniyası keçirir

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC yeni kampaniyaya start verib. Şirkət "SimSim" abunəçiləri üçün dekabrın 3-dən 20-dək “Azercell"dən pulsuz danışıq Günü” kampaniyasını keçirir.

Şirkətdən “Report”a bildirilib ki, kampaniya çərçivəsində 3 manat və ya daha yüksək nominallı "SimSim" danışıq kartı yükləyən hər kəs növbəti 7 gündən birini “Azercell” ilə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildiriləcək. Kampaniyaya qoşulmuş abunəçi bu kampaniyaya yenidən ən son yükləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər.

Qeyd edilib ki, pulsuz danışıq günündə abunəçinin şəbəkədaxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniyaya qoşulan abunəçilər 1010 qısa nömrəsinə boş SMS göndərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi