“Azercell” növbəti Karyera Sərgisində iştirak edib

“Azercell” növbəti Karyera Sərgisində iştirak edib Bakı. 7 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan I “Karyera sərgisi”nə qatılıb.
İKT
7 Mart , 2018 16:47
“Azercell” növbəti Karyera Sərgisində iştirak edib

Bakı. 7 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan I “Karyera sərgisi”nə qatılıb.

Şirkətdən “Report”a verilən məlumata görə, Bakı Ali Neft Məktəbində baş tutan sərgidə şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tərəfindən hazırlanan “Azercell”in stendi böyük maraqla qarşılanıb. Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada həmçinin “Azercell”də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri “Azercell”ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. “Azercell Telekom” daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq “Azercell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində də “Azercell” tələbələrə dəstək olub.

Son xəbərlər

Orphus sistemi