“Azercell” korporativ müştərilər arasında futbol turniri keçirir

“Azercell” korporativ müştərilər arasında futbol turniri keçirir Mobil operator xidmət göstərdiyi şirkətlər üçün ilk həvəskar idman yarışmasını təşkil edib
İKT
1050
12 Sentyabr , 2017 15:51
“Azercell” korporativ müştərilər arasında futbol turniri keçirir

Bakı. 12 sentyabr. REPORT.AZ/ “Azercell Telekom” MMC “Azercell Kuboku” uğrunda korporativ müştərilər arasında I Futbol Turnirinə başlayıb. 

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə turnirin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1/4 final, yarımfinal və final oyunlarından ibarət olacaq.

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19:00-da “Azercell Telekom”un baş ofisinin futbol meydançasında keçiriləcək.

Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi şirkətlərin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi