“Azercell”in yeni mağazası açılıb

“Azercell”in yeni mağazası açılıb Bu münasibətlə "Azercell"in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim təqdim olunub
İKT
27 Sentyabr , 2017 13:13
“Azercell”in yeni mağazası açılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin növbəti mağazası istifadəyə verilib. “Report”un məlumatına görə, yeni ofis Bülbül prospektində ("Sahil" metrosunun yanı) yerləşir. Ümumi sahəsi 110 kv. metr olan ofis yeni "Nordic" konsepsiyasına uyğun qurulub.

Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu mağazanın “Azercell”in uzun illər partnyoru olmuş “NLT” şirkəti ilə qurulmuş biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz “Azercell”in özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq "NLT" şirkəti tərəfindən idarə olunacaq və abunəçilərə xidmət göstərəcək.

Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün “Azercell”in bütün ölkə boyu yeni konsepsiyalı ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.

“Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məslələrdə isə müştərilərimizə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə də digər Müştəri Xidmətlərində təqdim olunan butun əməliyyatlar, izahli qaimə ve addan ada əməliyyatları istisna olmaqla icra olunur. Abunəçilərimiz mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət “Azercell”in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim də təqdim edib.

Son xəbərlər

Orphus sistemi