"Azercell"in prezidenti mükafatlandırılıb

"Azercell"in prezidenti mükafatlandırılıb Vahid Mürsəliyev Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib
İKT
9 Dekabr , 2016 20:00
Azercellin prezidenti mükafatlandırılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin idarə heyyətinin sədri Natiq Qasımovla görüşüb.

Şirkətdən "Report"a verilən xəbərə görə, görüşdə ikitərəfli əməkaşlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Görüş zamanı V.Mürsəliyev Azərbaycanda Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibətilə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib. 

Qeyd edək ki, V.Mürsəliyev 2015-ci ildən "Azercell"in prezidenti vəzifəsinə təyin olunub. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Son xəbərlər

Orphus sistemi