Bakı. 3 aprel. REPORT.AZ/ Hər zaman gənc nəslin inkişafına böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə Yay Tələbə Təcrübə Proqramına başlayır.
“Report” xəbər verir ki, aprelin 2-dən etibarən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr, eyni zamanda Təhsil Nazirliyi SABAH qrupu tələbələri üçün Yay Tələbə Təcrübə Proqramına start verilir.
Tələbələr 2018-ci ilin 13 aprel tarixinə qədər
Məlumat üçün bildirək ki, “Azercell Telekom” öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. "Azercell"in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.