"Azercell" 4G Mi-Fi və 3G USB modem kampaniyasına başlayır

"Azercell" 4G Mi-Fi və 3G USB modem kampaniyasına başlayır 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür
İKT
15 Mart , 2017 20:12
Azercell 4G Mi-Fi və 3G USB modem kampaniyasına başlayır

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telecom” MMC bugündən etibarən abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır.

Şirkətdən "Report"a bildirilib ki, kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində "Azercell" müştəriləri sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.

Abunəçilər 4G MiFi cihazını 60 manat məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30 manat paketi, yaxud birdəfəlik 120 manat ödəniş etməklə əldə edə bilərlər. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay limitsiz internet paketi hədiyyə olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın internetə qoşulmasına imkan verir.

Kampaniya çərçivəsində 3G USB modemlərini isə ilkin ödəniş 20 mant və 10 aylıq 10GB=10 manat internet paketlə, yaxud birdəfəlik 35 manatlıq ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet hədiyyə təqdim olunur. 3G USB modem 21,6 Mb/s-ə qədər internet sürətini təmin edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell Müştəri Xidmətləri" və ya diler ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi