Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (IsDB) Qrupunun ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Kha ilə görüş keçirilib.
İKT
16 Dekabr , 2021 11:27
Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (IsDB) Qrupunun ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Kha ilə görüş keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə ölkəmizlə bank arasında əməkdaşlıq, maliyyələşdirilə biləcək potensial layihələrlə bağlı müzakirələr aparılıb, o cümlədən nəqliyyat, “ağıllı şəhər”, “ağıllı kənd”, xüsusilə də şəhərlərin transformasiyası sahəsində layihələrin dəstəklənməsi, rəqəmsal transformasiya sahəsində bankın texniki dəstəyinin əldə edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, qarşı tərəf işğaldan azad olunmuş ərazilərimizdə İKT, nəqliyyat və infrastruktur sahəsində konkret layihələrin maliyyələşdirilməsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi