​Azərbaycanın Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim keçiriləcək

​Azərbaycanın Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim keçiriləcək Təlim kursları İrlandiyanın "Digital Marketing Institute" təhsil müəssisəsi tərəfindən təşkil olunacaq
İKT
23 Yanvar , 2015 16:43
​Azərbaycanın Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq təşkil edilən bu təlimlər "Professional Diploma in Digital Marketing" adlanır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildiriblər ki, təlimlər fevral ayının 13-də başlayacaq və 10 həftə davam edəcək. Kursları müvəfəqiyyətlə bitirən iştirakçılara Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan nüfuzlu "Digital Marketing Institute" sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, beynəlxalq təlim kursları İrlandiyanın "Digital Marketing Institute" təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan "DMI Azerbaijan"ın təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi