RİNN yerli telekanalların HD formatda yayıma keçməsinə dair açıqlama yayıb

RİNN yerli telekanalların HD formatda yayıma keçməsinə dair açıqlama yayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçməsinə dair açıqlama yayıb.
İKT
282
25 Yanvar , 2022 14:39
RİNN yerli telekanalların HD formatda yayıma keçməsinə dair açıqlama yayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçməsinə dair açıqlama yayıb.

"Report"un məlumatına görə, açıqlamada deyilir ki, bu yenilik Milli Televiziya və Radio Şurası, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.

HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi