​Azərbaycanın regionlarlında "Elektron hökumət" portalının tətbiqinə başlanılıb

​Azərbaycanın regionlarlında "Elektron hökumət" portalının tətbiqinə başlanılıb Mütəxəssislər layihənin inkişafı üçün vahid konsepsiyanın olmasını vacib sayır
İKT
10 Aprel , 2015 20:44
​Azərbaycanın regionlarlında Elektron hökumət portalının tətbiqinə başlanılıb

Bakı. 10 aprel. REPORT.AZ/Azərbaycanda regionlarda "Elektron hökumət" portalının tətbiqinə başlanılır. İlk olaraq Biləsuvar Rayon  İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmasına start verilib. "Report"un xəbərinə görə, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) rəhbəri Nail Mərdanov bu gün keçirilən birifinqdə danışıb.

Daxili müraciətlərə əsasən, "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron hökumət" portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi" xidmətinin hazırda çox aktual olduğunu qeyd edən N.Mərdanov bildirib ki, bu xidmətin reallaşdırılması üçün bir neçə yerli icra hakimiyyəti ilə əməkdaşlığa başlanılıb.

"Qısa müddətdə bu xidmət elektronlaşdırılıb və Biləsuvar RİH ilə birgə test-sınaq işləri aparılıb. Artıq portal vasitəsilə icra hakimiyyətinin vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq mümkündür. Burada vətəndaşlar müraciətin icra vəziyyətini, hansı vəzifəli şəxsə yönəldiyini, hansı tarixdə müraciətin icra olunaraq bağlanmasını və s. prosesləri görə biləcəklər", - N. Mərdanov bildirib.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, regionlarda "Elektron hökumət" qurulsa da, lakin bunun hüquqi əsası yoxdur. O.Gündüz hesab edir ki, regionlarda "Elektron hökumət"in inkişafı üçün ilk növbədə onun vahid konsepsiyasi və standartları olmalıdır.

Tədbirdə çıxış edən Biləsuvar RİH-in nümayəndəsi indiyədək 20 müraciətin daxil olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi