Azərbaycanın rabitə xidmətləri bazarı 4,5% artıb

Azərbaycanın rabitə xidmətləri bazarı 4,5% artıb Bu sahədə əldə edilən gəlirin 4/5-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
24 Yanvar , 2017 11:19
Azərbaycanın rabitə xidmətləri bazarı 4,5% artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 2016-cı il ərzində hüquqi və fiziki şəxslərə göstərilən 1 599,6 mln. manatlıq xidmətlərin 72,4%-i əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 4,5% artıb.

Bu sahədə əldə edilən gəlirin 80,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi