Azərbaycanın rabitə xidmətləri bazarı 2% azalıb

Azərbaycanın rabitə xidmətləri bazarı 2% azalıb Bu xidmətlərin 71%-i əhali sektoruna aid olub
İKT
17 Fevral , 2017 18:03
Azərbaycanın rabitə xidmətləri bazarı 2% azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 127,8 mln. manatlıq xidmət göstərilib. Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, bu xidmətlərin 71,3%-i əhali sektoruna aid olub. 

"2016-cı ilin yanvar ayı ilə müqayisədə 2017-ci ilin yanvarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,3% azalıb. Bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb", - deyə Komitənin məlumatında qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi