Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşmasına başlanılıb

Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşmasına başlanılıb Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşması istiqamətində işlərə başlanılıb.
İKT
31 May , 2023 10:43
Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşmasına başlanılıb
Elvin Balacanov

Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşması istiqamətində işlərə başlanılıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.

E. Balacanovun sözlərinə görə, təmsil etdiyi qurum qonşu ölkələrlə, xüsusən də türk dövlətləri ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə hesab edir ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində addımlar atılmasa illik itkilər 11-12 milyard manat təşkil edə bilər:

“Bu gün bizim illik xərclərimiz təxminən 32 milyard manatdır. Hər xərclənən 1 manat 4,5 manat ümumdaxili dəyər yaradır. Adətən dünya ölkələrində xərclərin 1 %-i kibertəhlükəzilik sahəsinə yönəldilir. Bu isə onu deməyə əsas verir ki, bizdə kibertəhlükəsiziik üçün xərclənən hər bir manat ortalama 33 manatın itkisinin qarşısını alır”.

Son xəbərlər

Orphus sistemi