Azərbaycanın istehsal etdiyi dronlar "TEKNOFEST"də nümayiş olunub

Azərbaycanın istehsal etdiyi dronlar "TEKNOFEST"də nümayiş olunub Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında ölkədə istehsal olunan dronlar təqdim olunub.
İKT
26 May , 2022 18:23
Azərbaycanın istehsal etdiyi dronlar TEKNOFESTdə nümayiş olunub

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında ölkədə istehsal olunan dronlar nümayiş olunub.

AMEA-nın tabeliyindəki “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov “Report”a açıqlamasında bildirib ki, pavilyonda təqdim olunan bütün dronlar yerli istehsaldır və hərbi yox, əsasən müşahidə üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, dronların ehtiyat hissələri xaricdən gətirilir, lakin proqram təminatı və təmir işləri ölkə daxilində həyata keçirilir.

“Dronlarla bağlı işlər digər institutlarla birgə aparılır. Məsələn, “Şahin” dronunun idarəetmə sistemi İdarəetmə Sistemləri İnstitutu ilə birlikdə aparılır. İlk uçuş zamanı onun idarəetmə sistemi və proqram təminatı bizim deyildi, lakin ikinci uçuş zamanı biz öz proqram təminatımızı, üçüncüdə isə öz idarəetmə sistemimizi quraşdırdıq”, - Z.Nəsibov qeyd edib.

Direktorun sözlərinə görə, onların Radiasiya Problemləri İnstitutu ilə də birgə layihəsi var.

Son xəbərlər

Orphus sistemi