​Azərbaycanın poçt markaları kolleksiyası “eBay”da satışa çıxarılıb

​Azərbaycanın poçt markaları kolleksiyası “eBay”da satışa çıxarılıb Kolleksiyaya 1992-2009-cu illərdə buraxılan poçt markaları daxildir
İKT
11 Mart , 2016 19:33
​Azərbaycanın poçt markaları kolleksiyası “eBay”da satışa çıxarılıb

Bakı. 11 mart. REPORT.AZ/ Dünyanın ən nəhəng və milyonlarla istifadəçi auditoriyası olan "eBay" onlayn mağazasında satışa çıxarılan Azərbaycanın poçt markalarının sayı artır. 

"Report"un "Azərpoçt"a istinadən verdiyi xəbərə görə, bunun nəticəsidir ki, Azərbaycanın poçt markaları kolleksiyası "eBay" beynəlxalq internet hərracında daha baha qiymətə satışa çıxarılıb. Kolleksiyanın satış dəyəri 578.23 Britaniya funtu təşkil edir. Bu, təqribən 1264 Azərbaycan manatına bərabərdir. 

Qeyd edək ki, kolleksiyaya 1992-2009-cu illərdə buraxılan poçt markaları daxildir. 

Son xəbərlər

Orphus sistemi