Azərbaycanın cənubunda telekommunikasiya xidmətləri ilə bağlı müvəqqəti çətinliklər olub

Azərbaycanın cənubunda telekommunikasiya xidmətləri ilə bağlı müvəqqəti çətinliklər olub Son 2 gündə Azərbaycanın cənub bölgəsində - Biləsuvar və Cəlilabad rayonlarında telekommunikasiya xidmətləri ilə təchizatda müvəqqəti çətinliklər olub.
İKT
10 İyul , 2023 12:12
Azərbaycanın cənubunda telekommunikasiya xidmətləri ilə bağlı müvəqqəti çətinliklər olub

Son 2 gündə Azərbaycanın cənub bölgəsində - Biləsuvar və Cəlilabad rayonlarında telekommunikasiya xidmətləri ilə təchizatda müvəqqəti çətinliklər olub.

Bu barədə "Report"un yerli bürosuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-dən bildirilib.

Məlumata görə, iyulun 8-i günorta saatlarında Biləsuvar şəhəri, Azadlıq küçəsində bir sakin qazıntı işi apararkən şirkətin ərazidən keçən magistral xəttini zədələyib. Problem dərhal aradan qaldırılıb və telekommunikasiya xidmətlərinin göstərilməsi bərpa olunub.

İyulun 9-u səhər saatlarında isə "Aztelekom"un Salyan-Ələt magistral xətti zədələnib. Qəza nəticəsində Cəlilabad rayonunda internet və rabitə xidmətində fasilələr meydana gəlib. "Aztelekom"un əməkdaşları yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib. Hazırda xidmətlərin göstərilməsində hər hansı çətinlik müşahidə olunmur.

Son xəbərlər

Orphus sistemi