​Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin alqoritmi hazırlanır

​Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin alqoritmi hazırlanır Artıq 5 müxtəlif şirkət layihədə iştirak üçün müraciət edib
İKT
10 Aprel , 2015 17:48
​Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin alqoritmi hazırlanır

Bakı. 10 aprel. REPORT.AZ/ Bu ilin sonunda hazırlıq işləri başa çatdırılması nəzərdə tutulan yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hazırda istifadə olunacaq alqoritmin müəyyən edilməsi üzərində iş gedir. Bu proses nüfuzlu beynəlxalq strukturların apardığı sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

"Report"un məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) baş mütəxəssisi Nadir Rəsulov bildirib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin hazırlanması üçün İsveçrənin "TRÜB" şirkəti ilə yerli inteqrator olan "İdrak" şirkəti qarşılıqlı əməkdaşlıq edir. N.Rəsulov qeyd edib ki, artıq layihənin icrasına maraq göstərən 5 şirkətdən təkliflər alınıb və həmin təkliflər nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi