Azərbaycanda turistlərin fasiləsiz rabitə ilə təmin olunması üçün işlər yekunlaşıb

Azərbaycanda turistlərin fasiləsiz rabitə ilə təmin olunması üçün işlər yekunlaşıb Bütün istiqamətlərdən Olimpiya kəndinə fiber-optik xətlər çəkilib
İKT
9 İyun , 2015 13:00
Azərbaycanda turistlərin fasiləsiz rabitə ilə təmin olunması üçün işlər yekunlaşıb

Bakı. 9 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İB-nin Mingəçevir Telekommunikasiya Qovşağının kollektivi “Bakı 2015” I Avropa Oyunlarına xüsusi hazırlaşıb. Artıq Olimpiya və Atletlər kəndində qalacaq turistlərin fasiləsiz rabitə ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, yarış məkanı olan Kür İdman Mərkəzi Bakı şəhərində yerləşən POP-1 və POP-2 DATA-mərkəzlərinə yüksəksürətli 10GE+10GE portla qoşulub. Bu portlar da “Swith” üzərindən portlara bölünərək müxtəlif xidmətlər, eyni zamanda, təhlükəsizlik xidmətləri üçün ayrılıb. Kür İdman Mərkəzindən yarışların birbaşa teleyayımı təmin etmək üçün 2x1GE portundan istifadə ediləcək. Bu portdan idmançıların və qonaqların yaşayacağı Olimpiya kəndinə də verilib. Mingəçevir şəhəri daxilində bütün obyektlər əsas və alternativ fiber-optik kabellərlə təmin olunub.

"Bundan başqa, bütün istiqamətlərdən Olimpiya kəndinə fiber-optik xətlər çəkilib və artıq həmin kabellər test olunub. Hamısı işlək vəziyyətdədir və heç bir problemi yoxdur. Olimpiya kəndi ilə Atletlər kəndi arasında da birbaşa fiber-optik kabel çəkilib, bütün elektron ATS-lərlə də əlaqələndirilib. Atletlər kəndi və Olimpiya kəndində rabitə və internetin fasiləsiz təmin olunması üçün hətta 3 istiqamətdən bura kabellər çəkilib. Bu isə rabitə və internetin hər hansı xətlə verilməsində çıxacaq problemə qarşı alternativ variantdır", - nazirlikdən bildirilib.

"Atletlər kəndində 768 nömrə tutumlu yeni NGN (next generation networks) tipli EATS qurulub. Artıq sifarişə uyğun olaraq atletlər üçün 300 nömrə qoşulub. Əgər nömrə qoşulması üçün hər hansı bir sifariş olarsa, həmin gün sifarişə uyğun olaraq nömrələr xəttə qoşulacaq", - "Aztelekom"dan əlavə olunub.

Məlumatda deyilir ki, Mingəçevir şəhərində əhalinin fasiləsiz və dayanıqlı rabitə, yüksəksürətli və keyfiyyətli internetlə təmin edilməsi üçün işlər sona çatdırılıb. Artıq şəhərdə kabel-kanalizasiya qurğuları qaydaya gətirilib, quyu qapaqları bağlanılıb. İstər fiber-optik, istərsə də stansiyadan keçən kabellər nəzarətə götürülüb. Həmçinin bütün optik kabellərin mühafizəsi gücləndirilib, kabellər keçən istiqamətdə və ətraf ərazilərdə sistemli baxış üçün əlavə nəzarətçilər müəyyənləşib. Şəhər əhalisinə xidmət göstərən EATS-4 də NGN avadanlıqları, həmçinin 1 792 yerlik DSLAM (Digital Subscriber Line Access Multiplexer) avadanlığı quraşdırılıb, montaj olunub, əhalinin istifadəsinə verilib. 

Son xəbərlər

Orphus sistemi