Azərbaycanda startaplarla bağlı qanunvericilik bazası hazırlanır

Azərbaycanda startaplarla bağlı qanunvericilik bazası hazırlanır “Azərbaycanda rəqəmsal transformasiya konsepsiyası ona gətirib çıxaracaq ki, bütün regionlarda rəqəmsallaşma olacaq”.
İKT
201
8 Dekabr , 2021 10:43
Azərbaycanda startaplarla bağlı qanunvericilik bazası hazırlanır
Rövşən Rüstəmov

“Azərbaycanda rəqəmsal transformasiya konsepsiyası ona gətirib çıxaracaq ki, bütün regionlarda rəqəmsallaşma olacaq”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

“Təmsil etdiyim nazirlik ağıllı texnologiyaları tətbiq etmək istəyir. Fintexləri təşviq etmək üçün startap ekosistemi formalaşdırılmalıdır. Artıq bununla bağlı qanunvericilik bazası hazirlayırıq və tezliklə ictimai müzakirələrə təqdim edəcəyik. Bütün bunların kökündə ABŞ-ın Silikon vadisinin milli analoqu olacaq Abşeron vadisi dayanır”, - deyə o, qeyd edib.

O,  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə toxunaraq qeyd etdi ki, Qarabağda insanların rahat istifadə edə biləcəyi sadə və asan texnologiyalar tətbiq edilir.

O həmçinin bildirib ki, nazirliyin Kosmik Agentliyi (“Azərkosmos”) və digər mənbələr hesabına məlumat bazası formalaşdırılıb və onlardan istifadə edilir:

“Həmin məlumatların toplanması indi də davam edir".

Son xəbərlər

Orphus sistemi