Ramin Quluzadə: "Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq"

Ramin Quluzadə: "Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq" Azərbaycanda bir sıra startaplar artıq beynəlxalq bazarlara çıxış əldə ediblər.
İKT
3 İyun , 2019 11:02
Ramin Quluzadə: Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə / Report/ Firi Salim

"Azərbaycanda bir sıra startaplar artıq beynəlxalq bazarlara çıxış əldə ediblər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu"nda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq: "Mingəçevir Texnologiyalar parkının rezidenti "Hightech İnvest" şirkəti artıq "Acer" komputerlərinin istehsalına başlayıb. Ölkə başçısının Azərbaycanda innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyalı işin təmin edilməsi haqqında sərəncamı proseslərin daha da sürətlənməsinə təkan verdi. Sərəncamda bir sıra mühüm tapşırıqlar verilib. Biz bu vəzifələrin icrasını təmin etmək üçün fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Birincisi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına kömək göstərməkdir. Bu məqsədlə texnoloji transfer mərkəzləri yaradılacaq və sahibkarlara müvafiq xidmətlər təqdim olunacaq. İkinci istiqamət müvafiq dəstək mexanizmlərinin tətbiq edilməsidir. Burada innovativ layihələrə, o cümlədən startaplara güzəştli kredit verilməsi nəzərdə tutulub. Artıq nazirlik bu istiqamətdə bir neçə ildir fəaliyyət göstərir. Bu müddətdə startaplara 117 qrant, 16 sahibkarlıq subyektinə güzəştli kredit verilib. Dəstəyimiz bundan sonra da davam edəcək. Üçüncü istiqamət isə innovativ sahibkarlığın təbliğidir. Artıq bu istiqamətdə də bir sıra addımlar atılıb. Bundan əlavə biz “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində sahibkarların biznesə dəstək verməsini istəyirik".

Son xəbərlər

Orphus sistemi