Azərbaycanda sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib

Azərbaycanda sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib Elektron xidmətin yenilənmiş formasında tələb olunan sənədlər azaldılıb
İKT
27 Sentyabr , 2017 18:53
Azərbaycanda sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətlərindən biri də telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasıdır.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, "Elektron hökumət" portalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri arasında mövcud olan bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi və telekommunikasiya vasitələri və qurğularının qarşılıqlı telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğu barədə sertifikatın verilməsinə dair xidmətlərin göstərilməsindən ibarətdir.

Qeyd olunan xidmətdən istifadəni bir qədər də asanlaşdırmaq məqsədi ilə sertifikatlaşdırma xidmətinə sorğu prosesi tam olaraq elektronlaşdırılıb və elektron hökümət portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulmuş elektron müraciət xidməti yenilənərək istifadəyə verilib. Bunun nəticəsində artıq telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına fiziki qaydada müraciət etmədən, vaxt itkisinə məruz qalmadan, hətta "Elektron hökumət" portalından qeydiyyatdan keçmədən portalın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus bölməsindəki elektron xidmətlər siyahısından “Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi” xidmətinə daxil olaraq sertifikatlaşdırılma xidmətinə müraciət etmək mümkündür. Elektron xidmətin yenilənmiş formasında tələb olunan sənədlər azaldılıb və xidmətdən istifadə daha da sadələşdirilib.

Son xəbərlər

Orphus sistemi