Azərbaycanda lizinq-faktorinq şirkətinə yaxın BOKT yaradılıb

Azərbaycanda lizinq-faktorinq şirkətinə yaxın BOKT yaradılıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Finkapital” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
İKT
227
16 Sentyabr , 2021 13:15
Azərbaycanda lizinq-faktorinq şirkətinə yaxın BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Finkapital” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17, nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş tələbəə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Tural Şamil oğlu Bağırovdur.

Xatırladaq ki, sözügedən ünvanda həm də 100 manat nizamnamə kapitalı ilə “Finkapital Lizinq və Faktorinq” MMC qeydiyyatdan keçib. 2019-cu ildə yaradılmış bu şirkətin də qanuni təmsilçisi T.Bağırovdur.

Son xəbərlər

Orphus sistemi