Azərbaycanda "iPhone" satışı dayandırılıb

Azərbaycanda "iPhone" satışı dayandırılıb Gələn aydan "iPhone" smartfonlarının bahalaşacağı gözlənilir
İKT
30 Aprel , 2015 14:21
Azərbaycanda iPhone satışı dayandırılıb

Bakı. 30 aprel. REPORT.AZ/ “Apple” ticarət nişanının Azərbaycanda rəsmi təmsilçisi "Almastore" mağazalar şəbəkəsində "iPhone" telefonlarının satışı dayandırılıb. 

“Apple” məhsullarını ölkəyə idxal edən "Almastore"dan “Report”a verilən məlumata görə, ölkəyə "iPhone"ların idxalı dayandırılıb və prosesin may ayından sonra bərpa olunacağı gözlənilir: "O vaxta qədər isə “Almastore” mağazalarında "iPhone" satılmayacaq". 

Bununla yanaşı bildirilib ki, may ayından sonra Azərbaycana gətiriləcək telefonlar yeni qiymətlə satışa çıxarılacaq və bu, indikindən bir qədər yüksək olacaq.

Son xəbərlər

Orphus sistemi