Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 546,1 milyon manat dəyərində xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 73,1 %-i əhali sektoruna aid olub.
Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 % artıb, bu sahədə əldə edilmiş gəlirin 83,4 % qeyri-dövlət sektorunun payına düşüb.