Azərbaycanda informasiya və rabitə sektorunda xidmətlərin dəyəri 6 % artıb

Azərbaycanda informasiya və rabitə sektorunda xidmətlərin dəyəri 6 % artıb Xidmətlərdən əldə edilən gəlirin 42,3 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb
İKT
19 Avqust , 2021 13:13
Azərbaycanda informasiya və rabitə sektorunda xidmətlərin dəyəri 6 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 5,9 % artaraq 1 milyard 304,3 milyon manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun da, 74,7 %-i əhali tərəfindən istehlak olunub.

Məlumata görə, bu sahədə əldə edilmiş gəlirin 80,9 %-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,3 %-i və ya 552,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi