Bakıda “İnnovasiya Festivalı”nı 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib

Bakıda “İnnovasiya Festivalı”nı 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nı (“İnnoFest”) ümumilikdə, 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib.
İKT
4 İyun , 2019 14:41
Bakıda “İnnovasiya Festivalı”nı 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib

Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nı (“İnnoFest”) ümumilikdə, 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib.

"Report"un məlumatına görə, bu barədə bu ilin mayın 29-dan iyunun 4-dək keçirilən “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru Tural Kərimli deyib.

T.Kərimli bildirib ki, “İnnoFest” çərçivəsində beynəlxalq “Lightest” Forumuna, “İKT innovasiyalar və startap ekosistemi” seminarına, “EU4Digital proqramı”nın təqdimatına, “Monex Caspian Sammiti”nə, Gənclər İnternet İdarəçilik Forumu və III Robot Olimpiadasına ümumilikdə 1500-dən artıq iştirakçı qatılıb, onlardan 158-i xarici qonaqlar olub.

Son xəbərlər

Orphus sistemi