Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək "Azərkosmos" ASC və Kosmik Nəsil Məşvərət Şurasının (SGAC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək.
İKT
30 Mart , 2023 12:16
Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

"Azərkosmos" ASC və Kosmik Nəsil Məşvərət Şurasının (SGAC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə istinadən xəbər verir. “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş tədbir 27 aprel tarixində ADA Universitetində təşkil olunacaq.

Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” günü kimi qeyd edilir. Bu il 27 aprel tarixinə təsadüf edən bu əlamətdar günün məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sahədə rolunun artırılmasına dəstək verməkdir.

“SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir. Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar vardır.

“SG Azerbaijan” tədbirində Azərbaycanın bütün bölgələrindən tələbələrin, gənc mütəxəssis və alimlərin, kosmos həvəskarlarının bir araya gəlməsi nəzərdə tutulub. Tədbir çərçivəsində iştirakçılar kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinqdə iştirak etmək imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi