Azərbaycanda İKT sahəsində xarici təcrübəni öyrənəcək işçi qrupu yaradılacaq

Azərbaycanda İKT sahəsində xarici təcrübəni öyrənəcək işçi qrupu yaradılacaq Qrup bu sektorda görüləcək tədbirləri müəyyən edəcək
İKT
30 Dekabr , 2016 15:08
Azərbaycanda İKT sahəsində xarici təcrübəni öyrənəcək işçi qrupu yaradılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində görüləcək tədbirlərin müəyyən edilməsi üçün işçi qrupunun yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində həyata keçirilməli olan tədbirlər və bu tədbirlər üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə işçi qrupu yaradılacaq. Qrup, ilk öncə, telekommunikasiya sektorunda uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini öyrənəcək, onların Azərbaycanda tətbiqi imkanları və telekommunikasiyanın inkişafı ilə bağlı bütün digər aspektlər daxil olmaqla, genişəhatəli araşdırma və təhlillər aparacaq.

"Aparılmış araşdırma və təhlillərin nəticəsi olaraq, 2017-ci ildə qrup Azərbaycanda telekommunikasiya sektorunun inkişafı ilə bağlı çərçivə planı və tənzimləmə funksiyalarını müstəqil tənzimləyici qurumun həyata keçirməsi üçün müvafiq qurumun yaradılmasına dair məsələləri əhatə edən 3-illik keçid planı hazırlayacaq. Üçillik keçid dövrü ərzində tənzimləyici qurumun vəzifə və funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) icra edəcək", - deyə Strateji Yol Xəritəsində qeyd edilib.

Son xəbərlər

Orphus sistemi